Multikulturalizm Mərkəzində yaponiyanın professor Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib

Multikulturalizm Mərkəzində yaponiyanın professor Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib
# 05 noyabr 2015 12:34 (UTC +04:00)

Bakı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan BBMM-n icraçı direktoru, professor Azad Məmmədov mərkəzin yaranması və fəaliyyəti haqqında danışıb.

İcraçı katib qeyd edib ki, 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə tarixən formalaşan tolerant mühitin, burada yaşayan müxtəlif dini konfessiyaların və milli etnik qrupların əsrlər boyu dostluq, sülh şəraitində birgə yaşamasının məntiqi nəticəsi olub.

Vaseda Universitetinin Kommersiya fakültəsinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli təhlil edərək ölkələrində Azərbaycandakı kimi müxtəlif milli etniklərin yaşamadığını deyib.

Professor qeyd edib ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir: "Bizdə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq".

Mərkəzin Analitika və İnformasiya şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında danışaraq bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır.

Konfransda “Tolerantlıq diyarı Azərbaycan” sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR