Rio-2016: Cüdoçu Məmmədəli Mehdiyev mübarizəni dayandırıb

<b>Rio-2016: </b>Cüdoçu Məmmədəli Mehdiyev mübarizəni dayandırıb
# 10 avqust 2016 21:14 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları üzrə növbəti görüşlərə start verilib.

Apasport.az saytının məlumatına görə, azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev də mötəbər yarışda debüt edib.

90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarışa 1/16 final mərhələsindən başlayıb. Avropa Kubokunun qalibi olan idmançımız rusiyalı Kiril Denisovla üz-üzə gəlib. Gərgin keçən görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Hakim hər iki cüdoçuya 2 dəfə xəbərdarlıq etdiyindən, əlavə vaxta ehtiyac duyulub. Mehdiyev 111-ci saniyədə rəqibini ippona salıb. Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.

Məmmədəli 1/4 finalda koreyalı Donqan Qvak ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib. Buna baxmayaraq, o, mübarizəsini təsəlliverici döyüşlərdə davam etdirib. Bürünc medallara gedən yolda ilk rəqib monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren olub. Rəqibinə yuka xalı ilə uduzan idmançımız medalsız qalıb.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub. Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR