İcbari Sığorta Bürosu kapitalını ikiqat artırıb

İcbari Sığorta Bürosu kapitalını ikiqat artırıb
# 14 aprel 2016 09:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu ötən il aktivlərini artırıb.

APA-Economics” xəbər verir ki, İcbari Sığorta Bürosunun məcmu aktivləri 2014-cü illə müqayisədə 64,4% artaraq 33 mln. 84,628 min manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 4,5% artaraq 7 mln. 848,230 min manat olub.

Büronun məcmu kapitalı iki dəfə artaraq 25 mln. 236,398 min manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR