İki gün əvvəl sirkə turşusu içən Oğuz sakini ölüb

İki gün əvvəl sirkə turşusu içən Oğuz sakini ölüb
# 09 mart 2016 14:56 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuz rayonunda iki gün əvvəl intihara cəhd edən 35 yaşlı kişi xəstəxanada ölüb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 7-də axşam saat 21:20 radələrində ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olan Oğuz rayonu Sincam kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Qəni oğlu Bəşirov bu gün səhər saat 09:30 radələrində ölüb.


Qeyd edək ki, 35 yaşlı E. Bəşirov intihar etmək məqsədilə martın 7-də axşam saatlarında yaşadığı ünvanda sirkə turşusu içmişdi.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR