Aksiyada 88 nəfərdə endokrinoloji xəstəlik aşkarlanıb

Aksiyada 88 nəfərdə endokrinoloji xəstəlik aşkarlanıb
# 27 may 2016 14:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında iki gün ərzində endokrinoloji şikayəti olan pasiyentlərin pulsuz konsultasiya və ultrasəs (USM) müayinəsi keçirilib. ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aksiyada 140 nəfər iştirak edib və onlar pulsuz USM və laborator müayinələrdən keçiblər. Müraciət edənlərin 10 nəfərində qalxanabənzər vəzin heç bir patologiyası, hansısa digər problem aşkarlanmayıb. 50 nəfərə yaxın vətəndaşda kiçik kolloidal düyünlər, 30 nəfərdə qalxanabənzər vəzin xroniki iltihabı prosesi, 8 nəfərdə ressidiv zob, o cümlədən böyük həcmli düyünü olan xəstələr də müəyyənləşib.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının tibb üzrə fəlsəfə doktoru, Azər Hümmətovun sözlərinə görə, aksiya zamanı aparılan müayinələr nəticəsində ən çox qalxanabənzər vəzin düyünlü urları və haşimote tiroidinə rast gəlinib. Bundan başqa, USM müayinəsi zamanı bəzi insanlarda kolloidal düyünlər (yəni kistoz düyünlər) bəlli olub: “Digər klinikalarda əməliyyat olunan bəzi xəstələrdə sonradan müəyyən problemlər yaranıb. Müayinə əsasında onlara müvafiq təyinatlar verilib. Bəzi xəstələrdə düyündə müəyyən patologiya əlamətlərinə dair şübhələr yarandığına görə, onlara biopsiya tövsiyə olunub. Onların əksəriyyəti elə həmin gün biopsiyadan keçdilər və bəzilərinə əməliyyat məsləhət görülüb. Bu xəstələrdə düyün böyük olduğundan, onlarda tənəffüs çətinliyi müşahidə olunurdu. Onlara da müvafiq müayinələrdən sonra müalicə üsulları təyin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR