Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Noyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Noyabr - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 17:09 (UTC +04:00)

Müstəqillik tariximizin daha bir mühüm mərhələsi geridə qalır, Azərbaycan parlament seçkiləri ilə yeni bir mərhələyə qədəm qoyur. Seçici fəallığı vətəndaşların seçkilərə verdiyi ilk qiymətdir. Fəallığın yüksək olması insanların ilk növbədə dövlətin, ikinci növbədə isə özünün taleyinə qarşı nə dərəcədə məsuliyyətli olduğunu ortaya qoyur. Seçici fəallığı - vətəndaş məsuliyyəti, ölkənin seçdiyi yola verilən qiymətdir, bu qiymət bir çox hallarda seçkilərə beynəlxalq təşkilatların verdiyi rəydən də dəyərlidir. Parlament seçkiləri təkcə seçicilərin fəallığı ilə deyil, həm də bu seçkilərə bütün səviyyələrdə verilən yüksək qiymətlə yadda qaldı. Azərbaycan ilk növbədə özü qarşısında, sonra isə beynəlxalq ictimaiyyət qarşısında mühüm imtahandan üzüağ çıxdı və... Və demokratik institutların möhkəmlənməsi istiqamətində irəliyə doğru daha bir addım atdı. Qədəmi uğurlu olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR