Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub - FOTOSESSİYA

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub - <span style="color: red;">FOTOSESSİYA
# 08 oktyabr 2015 07:05 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, Şəmkir birliyindəki hərbi hissənin ərazisində Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Türkiyəli general qərargahda Heydər Əliyev guşəsi ilə tanış olub, şərəf kitabını imzalayıb. Qonağa birliyin yaradılması tarixi, fəaliyyəti, tərkibi, hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti və son dövrlərdə görülən işlər barədə məlumat verilib.

Hərbi hissənin ərazisini gəzən qonaq əsgər yataqxanalarında, tibb mərkəzində, yeməkxanada, hamam-camaşırxana kompleksində də olub və şəxsi heyət üçün burada yaradılan şəraitdən məmnun qalıb.

Sonda nümayəndə heyəti Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini, Nizaminin məqbərəsini, Nuri Paşanın bayrağı tapılan evi və Türkiyənin Baş Konsulluğunu ziyarət edib.

Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR