Amerika Kuboku-2016: Uruqvay qrupda qaldı

Amerika Kuboku-2016: Uruqvay qrupda qaldı
# 10 iyun 2016 07:10 (UTC +04:00)

Bakı – APA. Amerika Kuboku-2016-da növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün səhər C qrupunda II turun görüşləri baş tutub.

İlk matçda Meksikaya məğlub olan Uruqvay millisi gözlənilmədən Venesuela ilə də bacarmayıb. Bu yenilgi Uruqvayın son tur öncəsi qrupda qalmasını rəsmiləşdirib. Digər oyunda isə Meksika Yamaykaya hər hissədə vurduğu 1 qolla qalib gəlib. İlk iki turu qələbə ilə başa vuran meksikalılarla Venesuela artıq 1/4 finala vəsiqəni təmin ediblər. Bu komandalar son turda öz aralarında qrup liderini müəyyən edəcəklər.

Sabah səhər isə D qrupunda II turun qarşılaşmaları oynanılacaq. Bakı vaxtı ilə saat 03:00-da Çili Boliviyanı, 05:30-da isə Argentina Panamanı sınağa çəkəcək.

Qeyd edək ki, Meksika və Venesueladan əvvəl Kolumbiya növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmişdi.

Amerika Kuboku – 2016

Qrup mərhələsi, II tur

C qrupu

Uruqvay – Venesuela – 0:1

Qollar: Rondon, 36

Meksika – Yamayka – 2:0

Qollar: Çikarito, 18; Peralta, 81

1.

Meksika

2

2

0

0

5-1

6

2.

Venesuela

2

2

0

0

2-0

6

3.

Uruqvay

2

0

0

2

1-4

0

4.

Yamayka

2

0

0

2

0-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR