Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev torpağa tapşırılıb - YENİLƏNİB - 3

Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev torpağa tapşırılıb - <span style="color: red;">YENİLƏNİB - 3
# 11 aprel 2016 11:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.

APA-nın məlumatına görə, qəhrəman hərbçilər II Fəxri xiyabanda torpağa tapşırılıblar.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.

Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.

Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.

Şəhidlərin məzarı üzərinə əklillər və güllər düzülüb.

***

saat 12.29

Bakı. Etibar Məmmədov - APA. Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, mərasimin rəsmi hissəsinin bitməsindən ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş tabuta sarılaraq, vidalaşıblar.

Cənazələr dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

***

saat 12.03

Bakı. Etibar Məmmədov - APA. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə Naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani çıxışında cəbhədə baş verən son hadisələrə toxunaraq bildirib ki, Azərbaycan əsgəri öz sayıqlığı ilə düşmən təxribatınım qarşısını alıb, düşmənə xeyli itki verib: "Qələbə qurbansız olmaz. Biz bu yolda şəhidlər də verdik. Neçə ildir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edildi və orada indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də "Vətən sağ olsun!" deyirlər".

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidlərin həyatı və xidmətləri haqqında məlumat verilib.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.

Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

***

saat 10.04

Bakı. Hafiz Heydərov - APA. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.

Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq

***

09.44

Bakı. Hafiz Heydərov – APA. Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı şəhid olan pilotlar və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.

Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR