Tofiq Yaqublu və Əli Kərimli AXCP-Müsavat münasibətlərini müzakirə ediblər

Tofiq Yaqublu və Əli Kərimli AXCP-Müsavat münasibətlərini müzakirə ediblər
# 13 may 2016 09:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb.

Bu barədə APA-ya T. Yaqublu məlumat verib. O bildirib ki, görüşdə Müsavat Partiyası və AXCP arasında hazırkı münasibətlər, narazılıqlar müzakirə olunub: “Bir-birimizə qarşılıqlı suallarımız oldu. Bəzi məsələlər barədə fikir bildirdik, problemlərə toxunduq. Ancaq ümumilikdə Əli Kərimli mənim AXCP və Müsavat arasındakı münasibətləri düzəltməklə bağlı təşəbbüsümü normal qarşıladı. İnanıram ki, bu istiqamətdəki fəaliyyətim öz bəhrəsini verəcək və bu iki partiya arasındakı narazılıqlar aradan qaldırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR