Şotlandiya Brüssellə birbaşa danışıqlara başlayacaq

Şotlandiya Brüssellə birbaşa danışıqlara başlayacaq
# 26 iyun 2016 11:38 (UTC +04:00)

Bakı-APA. Şotlandiyanın birinci naziri Nikola Stercen Şotlandiyanın Böyük Britaniya Krallığının tərkibindən çıxması və sonra Avropa İttifaqına daxil olmasının mümkünlüyü ilə bağlı Brüssellə birbaşa danışıqlar aparmaq niyyətindədir.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, N. Stercen əsas vəzifəsinin Şotlandiyanın maraqlarına cavab verən yol ilə bağlı Brüssellə birbaşa danışıqlar aparmaq olduğunu bildirib.

N. Stercen yaxın günlərdə danışıqların başlayacağını qeyd edib.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada keçirilən referendum zamanı Şotlandiya əhalisinin əksəriyyəti Avropa İttifaqında üzvlüyün saxlanılmasının tərəfdarı olub. Dünən N. Stercen bəyan edib ki, Şotlandiya hakimiyyəti müstəqilliklə bağlı yeni referendumun keçirilməsi üçün qanunverici bazanın hazırlanmasına başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR