Elmar Məmmədyarov İndoneziya XİN rəhbərinin müavini ilə görüşüb

Elmar Məmmədyarov İndoneziya XİN rəhbərinin müavini ilə görüşüb
# 26 aprel 2016 14:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İndoneziyanın xarici işlər nazirinin müavini Əbdülrəhman Məhəmməd Fahirlə görüşüb.


XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, məsləhətləşmələr mexanizminin daha da gücləndirilməsinin vacibliyi önə çəkilib.


Enerji sahəsində əməkdaşlığın uğurla davam etdiyi qeyd olunaraq, iqtisadi-ticarət əlaqələrinin birgə səylərlə təşviqi və şaxələndirilməsi məqsədilə biznes dairələri arasında əlaqələrin artırılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkənin diplomatik akademiyaları arasında əlaqələrin yaradılması, tələbə mübadiləsi və turizmin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Ə. Fahir Forumun yüksək səviyyədə təşkil edildiyini, forumun gündəliyinə aktual məsələlərin daxil olunduğunu önə çəkib.


Nazir E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın təxribatı ilə qoşunların təmas xəttində yaranmış son gərginlik barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR