Macarıstanın baş naziri Liviya sahillərində qaçqınlar şəhəri inşa etməyi təklif edib

Macarıstanın baş naziri Liviya sahillərində qaçqınlar şəhəri inşa etməyi təklif edib
# 24 sentyabr 2016 23:28 (UTC +04:00)

Bakı-APA. Macarıstanın baş naziri Viktor Orban Liviya sahillərində qaçqınlar şəhəri inşa etməyi təklif edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Orban Vyanada “Balkan marşrutu” ölkələrinin sammitində deyib.

Onun sözlərinə görə, başqa ölkələrdə sığınacaq almağa səy göstərən afrikalı qaçqınlar həmin şəhərdə yerləşdirilə bilər.

Miqrasiya probleminin həlli yollarına həsr olunmuş “Balkan marşrutu” ölkələrinin sammitində Avstriya, Almaniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Xorvatiya, Makedoniya, Serbiya, Sloveniya, Rumıniya və Macarıstan liderləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR