Xaçmazda elektrik cərəyanı vuran şəxs xəstəxanada ölüb

Xaçmazda elektrik cərəyanı vuran şəxs xəstəxanada ölüb
# 09 fevral 2016 06:27 (UTC +04:00)

Xazmaz. Vəli Turan – APA. Fevralın 8-də, Xaçmaz şəhəri, Asif Cəbrayılov 20 ünvanında elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alan 54 yaşlı Səlimov Babək Abdulhəlim oğlu bu gün səhər xəstəxanada ölüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən B. Səlimov evinin zirzəmisində laqunda ilə işləyərkən onu elektrik cərəyanı vurub. Daha sonra işlək vəziyyətdə olan laqunda yerə yıxılan Babək Səlimovun baş nahiyəsinə dəyib və o, ağır xəsarət alıb. Axşam saatlarında yaxınları tərəfindən yaralı vəziyyətdə aşkarlanan Babək Səlimov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR