Eldəniz Quliyev: “Müsavat və AXCP-nin əməkdaşlığı müxalifətə zəiflik gətirər”

Eldəniz Quliyev: “Müsavat və AXCP-nin əməkdaşlığı müxalifətə zəiflik gətirər”
# 23 may 2016 09:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP və Müsavat yeganə təşkilatlardandır ki, onların birliyi “dirrik” gətirmir”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.

O, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında əməkdaşlıqla bağlı aparılan danışıqlara münasibət bildirərək, bu istiqamətdə heç bir perspektiv görmədiyini vurğulayıb: “Deyirlər, güc birlikdədir. Amma Müsavat və AXCP-nin birliyi, əməkdaşlığı müxalifətə gücsüzlük və zəiflik gətirər”.

Müsavat Partiyasının müavini Yadigar Sadıqovun AXCP-ni Müsavat əleyhinə kampaniyada ittiham etməsinə də münasibət bildirən E. Quliyev onunla razılaşmayıb: “Yadigar Sadıqov bir neçə ilə informasiyadan uzaq olduğu üçün onun fikirlərini real saymıram”.

Xatırladaq ki, 2013-cü ildə Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra AXCP ilə münasibətlər gərginləşib. Son günlər sosial şəbəkələrdə və mətbuatda iki partiya arasında münasibətlər yenidən gündəmə gəlib. Müsavat başqanı Arif Hacılı AXCP ilə danışıqlar üçün Tofiq Yaqubluya səlahiyyət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR