Hesablama Palatasının saxlanma xərcləri azaldılıb

Hesablama Palatasının saxlanma xərcləri azaldılıb
# 04 mart 2016 13:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında" Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərarı səsə qoyulub.

"APA-Economics" xəbər verir ki, Hesablama Palatasının saxlanma xərcləri azaldılması ilə bağlı qərara dəyişiklik qəbul edilib.

Qeyd edək ki, 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24% azaldılır. Belə ki, bu il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək. Qeyd edək ki, ötən ilin oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR