Azərbaycanda istifadəyə yararsız 500 kq pomidor məhv edilib

Azərbaycanda istifadəyə yararsız 500 kq pomidor məhv edilib
# 14 iyul 2016 14:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son vaxtlar Azərbaycanda istehsal olunan, eyni zamanda ölkədə idxal olunan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət daha da gücləndirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən APA-ya verilən xəbərə görə, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi bu günlərdə fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğluna məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirib. Müayinələr zamanı pomidor bitkisinin tərkibində İnsektisid qrupundan olan Supermetrin adlı maddənin qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan çox olduğu aşkarlanıb. Ümumi çəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb. Məhsul iyunun 14-də "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR