Fransada 34 yaşlı futbolçu meydanda dünyasını dəyişib

Fransada 34 yaşlı futbolçu meydanda dünyasını dəyişib
# 12 sentyabr 2016 18:11 (UTC +04:00)

Bakı – APA. Fransa Kubokunun üçüncü raundunun oyununda “Biquqliya” klubunun müdafiəçisi Ben İdrise Derme dünyasını dəyişib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 34 yaşlı futbolçu qəflətən ürək tutmasından keçinib.

Həkimlər futbolçuya meydanda tibbi yardımı göstərsə də, onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ben İdrise Derme vaxtilə Burkina-Faso yığmasında dörd oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR