Bakı - APA. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.
FHN-dən APA-ya verilən məlumata görə, fövqəladə hallar nazirinin müvafiq əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına nazir müavini Tapdıq Əmiraslanov sədr təyin ediib. Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.
Apellyasiya Şurası Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə ünvanında – Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.
FHN-də Apellyasiya Şurası yaradılıb
12 fevral 2016 09:56 (UTC +04:00)
Sosial
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
13:47
6 may 2024
BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib
13:01
6 may 2024
Dövlət Komitəsi yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkilinə münasibət bildirib
12:10
6 may 2024
Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” başa çatıb - VİDEO
12:02
6 may 2024