Baş Dövlət Yol Polisi İdarəsi soyuq hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi soyuq hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
# 04 dekabr 2015 07:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Baş Dövlət Yol Polisi İdarəsi soyuq hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda respublikanın avtomobil yollarında nəqliyyatın sərbəst hərəkəti var: “Yollarda qar-buz yoxdur. Lakin Ağsu aşırımında bir qədər qar müşahidə edilir. Lakin yolların hərəkət istiqamətində hər hansı problem yoxdur. Dağətəyi, dağlıq rayonlarda gecə havanın temperaturunun enməsi, yolların yaş olması nəticəsində səthi buzlaşma ola bilər. Belə ərazilərdə sürücülər diqqətli olmalıdırlar və qış mövsümünə uyğun şinləri olmayan nəqliyyat vasitələri ilə həmin ərazilərdə olan yollardan mümkün qədər az istifadə etmələrini, sutkanın qaranlıq vaxtlarında isə həmin istiqamətlərdə yola çıxmamalarını tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR