Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,5% artıb

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,5% artıb
# 16 sentyabr 2016 11:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində hava nəqliyyatı ilə 1 milyon 341,7 min və ya ötən ilin analoji dövrü ilə müqayisədə 6,5% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bundan başqa, hava nəqliyyatı ilə yükdaşıma 23% artaraq 98,9 min tona çatıb. Ümumilikdə isə nəqliyyat sektoru ilə daşınana yüklərin 0,1%-i hava nəqliyyatını payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR