Astaranın Deqədi-Pəlikeş avtomobil yolunda sürüşmə aktivləşib

Astaranın Deqədi-Pəlikeş avtomobil yolunda sürüşmə aktivləşib
# 09 mart 2016 06:45 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi prosesi aktivləşib. APA-nın cənub bürosunun məlumatına görə, ümumi uzunluğu 21 kilometr olan yolda son vaxtlar tez-tez çökmələr və sürüşmələr baş verir.

Yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. Yoldakı mövcud vəziyyət yerli icra strukturların nəzarətindədir. Çalalara, çöküntülü yerlərə mütəmadi olaraq çınqıl döşənir. Bununla belə, sürüşmə prosesi aktivləşir. Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən yarım metrə qədər çöküb, digər bir yandan isə dərəyə doğru sürüşmə aktivliyi artıb. İndi yolda avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüzdür.

Astara rayonunun yerli icra strukturları Deqədi-Pəlikeş avtomobil yolunda baş verən torpaq sürüşmələri prosesinin qarşısını almaqla əlaqədar əsaslı işlərə yaz-yay aylarında başlanacağını bildiriblər. Hələlik isə yola nəzarəti gücləndirməklə, nəqliyyat vasitələrinin rahatlığını təmin etməkdən ötrü çala-çuxurlar çınqılla doldurulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR