Cəlilabadda 4 minik avtomobili toqquşub,  üç nəfər xəsarət alıb - YENİLƏNİB - FOTOSESSİYA

Cəlilabadda 4 minik avtomobili toqquşub,  üç nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 21 mart 2016 16:50 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda 3 nəfərin yaralanması ilə nəticələnən ağır zəncirvari yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 143-cü kilometrliyində, Cəlilabad şəhərinin Müalicə Diaqnostika Mərkəzinin yanındakı ərazidən keçən hissəsində qeydə alınıb.

“Azsamand” marakalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı minik avtomobilinin yoluna çıxıb. Bir-biri ilə toqquşan hər iki maşın güclü zərbənin təsirindən yolda hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobilinə çırpılmaqla dərəyə yuvarlanıblar. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 1969-cu il təvəllüdlü Cəmilə Allahverdiyeva, 1979-cu il təvəllüdlü Oqtay Əliyev və 1978-ci il təvəllüdlü Zaur Əliyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Qəza zamanı həmçinin hər dörd avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR