“Azercell” abunəçilərinə 50%-dək endirim təklif edir

“Azercell” abunəçilərinə 50%-dək endirim təklif edir
# 19 noyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azerell Telekom”un sentyabr ayında istifadəyə verdiyi yenilənmiş “Gənc ol” tarifi abunəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azercell” bu tarif çərçivəsində inanılmaz güzəştlər və sərfəli danışıqlarla yanaşı, abunəçilərinə müxtəlif mağaza və əyləncə mərkəzlərindən endirimlər təqdim edir. İki ay ərzində abunəçilər 1000 dəfəyə yaxın sözügedən paketin təqdim etdiyi endirimlərdən yararlanıblar. İndi isə “Azercell” “Gənc ol” tarifi abunəçiləri nə az, nə çox düz 18 məkanda çox sərfəli endirimdən istifadə imkanı yaradır:

Adı

Endirim növü

Baku Mall

Əyləncə hissəsində 50%, Restoranlarda isə 20%

Sabina Perfumery & Cosmetics

15% endirim

Sultanahmet Köftecisi Restoranında

20% endirim

LTB Jeans

20% endirim

Cinnabon & Schlotzsky

20% endirim

UBER alternativ nəqliyyat xidməti

20% endirim

Adidas (Nizami küç., 66)

10% endirim

Pit-Stop Restoranında

20% endirim

LaVita Restoranında

20% endirim

Astral qorxu labirintində

40% endirim

Dost Taxi

İlk gedişə 33%, növbəti gedişlərə 11%

Baku Karting

20% endirim

KunefeEvi Restoranında

40% endirim (1 künefe və bir çay dəsti alana 1 künefe hədiyyə)

Casual Brasserie Restoranında

Desert və çay hədiyyə

Park Cinema kinoteatrlarında

1 bilet alana 2-cisi hədiyyə

28 Cinema kinoteatrlarında

1 bilet alana 2-cisi hədiyyə

Kaspi Tədris Mərkəzindən

20% endirim (Kaspi Magistr və Kaspi Global)

Istiqlal Tədris Mərkəzindən

50% endirim

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orada qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Genc ol” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

“Azercell”in sözügedən paketinə qoşulmaq üçün isə “SimSim” abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. “Gənc ol” tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib “Gəncol5” tarif paketinə qoşulmaqla hər kəs “Gənc ol” abunəçiləri arasında hər ay 2GB internet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra “Gənc ol” abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abunələrlə ölkədaxili 5 qəpiyə danışacaqlar. “Gənc ol” 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR