Elman Rüstəmov: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması Mərkəzi Bankın işini asanlaşdıracaq"

Elman Rüstəmov: "Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması Mərkəzi Bankın işini asanlaşdıracaq"
# 04 fevral 2016 12:43 (UTC +04:00)

Bakı. Əlibəy Zeynallı - APA. "Maliyyə Bazarlarına Nəzarət Palatası meqarequlyatordur". APA-nın Aran bürosu xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, daha öncə maliyyə bazarlarına nəzarət edən 3 qurumun (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Sığorta Nəzarəti Xidməti, Maliyyə Monitorinqi Xidməti - red.) 1 meqarequlyatorda birləşməsi Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməyi asanlaşdıracaq: "Çünki Mərkəzi Bankdan maliyyə sabitliyinin təmin olunması funksiyası alınmır və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə biz maliyyə sektorunda, xüsusilə bank sektorunda maliyyə sabitliyinin yaradılması istiqamətində birgə çalışacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR