“Gilan Holding” iş axtaranlar üçün ödənişsiz seminar təşkil edib - FOTOSESSİYA

“Gilan Holding” iş axtaranlar üçün ödənişsiz seminar təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2015 15:16 (UTC +04:00)

Bakı - APA. Ölkənin ən böyük şirkətlərindən olan “Gilan Holding” Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak edib.

APA-nın məlumatına görə, sərgi çərçivəsində “Gilan Holding” iş axtaranlara mühasib, ofis meneceri, yüksək texnologiyalar üzrə mütəxəssis, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağrı mərkəzi mütəxəssisi, istehsalat mühəndisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar təqdim edib.

Bununla yanaşı, "Gilan Holding" iş axtaranlara dəstək məqsədi ilə, öz rəsmi internet səhifəsində "Karyera" bölməsi yaradaraq iş axtaranların istifadəsinə verib. Bu bölmə vasitəsilə iş axtaranlar asan bir şəkildə öz iş müraciətlərini edə bilirlər. İstifadəyə verilmiş işə qəbul sistemi şəffaf və rahat işə qəbul prosesini həyata keçirmək məqsədi daşıyır.

Ziyarətçilər sərgidə Holdinqin İnsan Resursları Departamentinin əməkdaşlarından iş axtarma üzrə məsləhət almaq, elektron sistemindən istifadə edərək CV göndərmək və ilkin müsahibədən keçmək imkanı əldə ediblər.

Sərgi çərçivəsində “Gilan Holding” iş axtaranlar üçün ödənişsiz seminar da təşkil edib. Seminar iştirakçılarına tərcümeyi-halların düzgün doldurulması, müsahibələrin təşkili, karyera imkanları barədə ətraflı məlumat verilib.

Sərgidən sonra “Gilan Holding”ə elektron işə qəbul sistemi vasitəsilə 1000-ə yaxın, sərgi zamanı isə 4000 CV daxil olub.

Uyğun vakansiyaların tələblərinə cavab verən ərizəçilər müsahibəyə dəvət olunub. Müsahibədən uğurla keçən namizədlərin müvafiq vakansiyalara işə qəbulu planlaşdırılır.

Hazırda “Gilan Holding” müxtəlif vakansiyalar üzrə müsabiqə elan edir. İstənilən şəxs Holdinqin rəsmi saytına daxil olaraq bu ünvana (http://www.gilanholding.com/careers) öz “CV” məlumatlarını göndərə bilərlər.

"Gilan Holdinq" 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.

“Gilan Holding” in əsas vəzifələrindən biri də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi strategiyaya uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR