Rio-2016: Güləşçi Yuliya Ratkeviç bürünc medal uğrunda mübarizədə məğlub olub

<span style="color: red;">Rio-2016:  Güləşçi Yuliya Ratkeviç bürünc medal uğrunda mübarizədə məğlub olub
# 17 avqust 2016 23:08 (UTC +04:00)

Bakı-APA. Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

1/8 final mərhələsindən yarışlara başlayan Yuliya Ratkeviç (56 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirib. Onun rəqibi tunisli Mərvə Əmri olub. Rəqibinə 3:6 hesabı ilə məğlub olan Yuliya Ratkeviç Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR