"Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək

"Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək
# 18 aprel 2016 11:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gələn ay Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından öncə mətbuata açıqlamasında deyib. O bildirib ki, Lüksemburq görüşündə həmin toplantıya hazırlıq müzakirə olunacaq.

Xatırladaq ki, Aİ xarici işlər nazirlərinin Lüksemburq görüşü bu gün və sabah keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR