Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycandilli məktəblərə dərsliklər göndərib

Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycandilli məktəblərə dərsliklər göndərib
# 12 yanvar 2016 13:55 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri Gürcüstan Elm və Təhsil Nazirliyinə Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərslikləri təqdim edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dərsliklər və müəllimlər üçün vəsaitlər Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Hüseyn Abdullayev və səfirlik əməkdaşı Samirə Ağayevanın iştirakı ilə təhvil verilib.

Gürcüstan Elm və Təhsil Nazirliyinin koordinasiya və monitorinq departamentinin rəhbəri Tea Darsalia Azərbaycan tərəfinə təşəkkürünü bildirib və qeyd edib ki, dərsliklər bütün Azərbaycandilli orta məktəblərə tələbata uyğun olaraq paylanacaq.


Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin IV, V, VI və VIII sinifləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat” fənləri üzrə dərslik kitabları və müəllimlər üçün metodik vəsaitlər göndərilib. Gürcüstan Elm və Təhsil Nazirliyinə 12 adda 9810 nüsxə dərslik təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR