Bağdadda terror aktları nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

Bağdadda terror aktları nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb
# 10 sentyabr 2016 09:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bağdadda törədilən iki terror aktı nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

APA-nın xəbərə görə, bu barədə “Associated Press” polis və səhiyyə strukturlarından aldığı məlumata istinadən yazıb.

Qeyd edək ki, birinci partlayış Bağdadın şərq hissəsində, ticarət mərkəzinin qarşısında, ikinci isə avtomobil dayanacağında törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR