Bakıda və Gəncədə ev yanıb

Bakıda və Gəncədə ev yanıb
# 22 aprel 2016 17:04 (UTC +04:00)


Bakı - APA. Bakı şəhərinin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan birmərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 51 kv.m sahədə və dam örtüyü 5 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhəri, Kəpəz rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 204 kv.m olan 1 mərtəbəli 4 otaqlı tikintisi başa çatmayan evin taxtadan ibarət arakəsmə divarı 10 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR