ARDNF gələn il üzrə xərclər smetasının detallarını açıqlayıb

ARDNF gələn il üzrə xərclər smetasının detallarını açıqlayıb
# 30 dekabr 2015 13:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin idarə olunması ilə bağlı xərclər smetasının detalları açıqlanıb.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, xərclərin ümumi dəyəri 24 mln. 420 min manatdır.

Fond 2016-cı ildə əməyin ödənişi üzrə 6 029,968 min manat, malların (işlərin və xidmətlərin) satın alınması üzrə 3 202,660 min manat, qrantlar və digər ödənişlər üzrə 422 min manat, təqaüdlər və sosial müavinətlər üzrə 100 min manat, icarə və muzdlu xidmətlər üzrə 85 min manat, bank xərcləri üzrə 1 mln. 806 min manat, qeyri-maliyyə aktivlərinin alınması üzrə 7 mln. 073,010 min manat xərcləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR