Salyanda ev yanıb

Salyanda ev yanıb
# 14 yanvar 2016 16:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Salyan rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli ikiotaqlı evin bir otağının aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 43 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR