Abşeron rayonunda ev yanıb

Abşeron rayonunda ev yanıb
# 27 oktyabr 2015 00:27 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıdakı ev yanğından mühafizə olunub. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR