Sumqayıtda 47 yaşlı kişi qətlə yetirilib

Sumqayıtda 47 yaşlı kişi qətlə yetirilib
# 04 may 2016 09:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıt şəhərində qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəllə adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR