Ağstafada baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB

Ağstafada baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 11 aprel 2016 20:55 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada baş verən yol-nəqliyyat qəzasında ölən və yaralıların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Ford” markalı avtomobillə “Opel”in toqquşması nəticəsində “Opel”in sürücüsü Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Əliyev Ceyhun Əhəd oğlu ağır bədən xəsarət alıb.

O xəstəxanaya aparılanda yolda dünyasını dəyişib. “Ford” da olan 1970-ci il təvəllüldlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Maqiyə və 1994-cü il təvəllüdlü Raziyə həmçinin digər sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarəti ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, qəza bu axşam Bakı-Qazax magistral yolunda, Ağstafa rayonun Qırlı kəndi ərazisində baş verib.

***

21:35

Ağstafa. Azər Məmmədli-APA. Bu axşam Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınlb.

İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR