Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var
# 29 mart 2016 09:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Rəhim Mürsəlovun idarə etdiyi "BMW" markalı avtomobil Tərtər rayon sakini Sərdar Nəcəfovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub.

Nəticədə R.Mürsəlov və sərnişini 1971-ci il təvəllüdlü Kəmalə Mürsəlova xəstəxanaya yerləşdiriliblər. K.Mürsəlova orada ölüb, sürücünün vəziyyəti isə orta-ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR