Gürcüstan prezidenti parlament seçkilərini oktyabrın 8-ə təyin edib

Gürcüstan prezidenti parlament seçkilərini oktyabrın 8-ə təyin edib
# 03 iyun 2016 21:07 (UTC +04:00)

Bakı-APA. Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bugünkü sərəncamı ilə ölkədə parlament seçkilərini oktyabrın 8-ə təyin edib.

APA-nın “Gürcüstan-onlayn”-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Eka Mişveladze bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib. Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək.

Qeyd edək ki, 2010-cu ildə Konstitusiyaya edilən dəyişiklərə əsasən parlament seçkilərində qalib gələn partiya və yaxud siyasi birlik yeni baş nazirin namizədliyini irəli sürmək, eləcə də hökuməti formalaşdırmaq hüququna malik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR