İstanbulda partlayış olub, yaralananlar var

İstanbulda partlayış olub, yaralananlar var
# 16 may 2016 01:56 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İstanbul şəhəri Maltəpə adlanan ərazidə körpünün altında partlayış baş verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, körpünün altında səs bombası partladılıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR