Paraqvayda daşqınlar nəticəsində 50 min nəfər evakuasiya olunub

Paraqvayda daşqınlar nəticəsində 50 min nəfər evakuasiya olunub
# 17 dekabr 2015 03:43 (UTC +04:00)

Bakı-APA. Paraqvayın paytaxtı Asunson şəhərində daşqınlar nəticəsində 50 min nəfər evakuasiya olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bir sıra ərazilərində fövqəladə vəziyyət tətbiq edilib.

Daşqınlara səbəb Paraqvay çayında suyun səviyyəsinin 7 metrədək artması olub. Xilasedici xidmətlər yaxın günlərdə suyun səviyyəsinin daha 50 santimetr artmasını istisna etmirlər.

Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlıim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR