Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğularaq ölüb

Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğularaq ölüb
# 09 mart 2016 08:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ailə faciəsi baş verib.

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR