Azərbaycan ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək
# 17 yanvar 2016 11:51 (UTC +04:00)

Bakı - APA. Yanvarın 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bəzi rayonlarda havanın temperaturun gecə 2-7 dərəcə şaxta, dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR