Moskvada avtobus dayanacağında partlayış baş verib, 4 nəfər yaralanıb

Moskvada avtobus dayanacağında partlayış baş verib, 4 nəfər yaralanıb
# 07 dekabr 2015 21:43 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtında avtobus dayanacağında partlayış baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında paytaxtın Pokrovka küçəsi, 19 ünvanında yerləşən avtobus dayanacğında baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər yaralanıb.

Hazırda hadisə yerində Rusiya hüquq-mühafizə orqanları əməkdaşları, xilas edicilər və təcili tibbi yardım maşınlar var. Partlayışın baş veridiyi məkan əhatəyə alınıb. Baş verən insidentin terror hadisəsi olması ehtimalı var.

"Moskva polisi avtobus dayanacağında baş verən partlayışın səbəbini araşdırır. Hadisə yerində əmliyyat-iqtintaq qrupu işləyir" - deyə Daxili İşlər Nazirliyinin şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR