Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Avqust
# 17 avqust 2016 18:18 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

İran və İraq öz hava məkanlarını Rusiya ballistik raketlərinin uçuşu üçün açıq elan edib. Moskva paralel olaraq Türkiyənin İncirlik hərbi bazasından istifadə imkanını araşdırır. Hər iki halda hədəf Suriyada hərbi əməliyyatların genişləndirilməsidir. Rusiya tərəfi hərbi bazanı Suriyada əməliyyatlarda istifadə üçün istəyir. Ballistik raketlərə hava dəhlizinin açılması xahişi də bu əməliyyatlarla bağlıdır. İki ölkə arasında gərginliyin aradan qalxmasında vasitəçi olan Doğu Perincək Türkiyə və Rusiyanın Suriya məsələsində yaxın zamanlarda vahid mövqeyə gələcəyini bildirir. Belə görünür ki, yaxın günlərdə Suriyada yenidən dünyanın gündəmini zəbt edəcək hadisələr gözlənilir. Rusiya-İran-Suriya bloku Türkiyəni də öz sıralarına qatmaqla Əsəd hakimiyyətinin daha da möhkəmlənməsini təmin edə bilər. Bunun üçün ilk növbədə Ərdoğanla Əsəd arasında buzların əriməsi vacibdir. 15 iyul hadisələrindən sonra istər müxalifətlə, istərsə Rusiya ilə soyuqluğu aradan qaldıran prezident Ərdoğana suriyalı həmkarı ilə münasibətləri normallaşdırmaq problem olmayacaq. Türkiyənin bu prosesdə uduşları çoxdur. Çünki Ankara türkmən məsələsi, sərhəd boyunca kürd qurşağının yaradılmasının qarşısını almaq məsələsində Rusiya və İranla sövdələşməyə getmək imkanı qazanıb. Bu məsələlərdə Türkiyənin maraqları nəzərə alınarsa, Rusiyanın müəyyən xahişlərini yerinə yetirmək o qədər də çətin deyil.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR