Kürdəmirdə reyd zamanı 40-dan çox sürücü cərimələnib

Kürdəmirdə reyd zamanı 40-dan çox sürücü cərimələnib
# 23 fevral 2016 13:13 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda keçirilən reyd zamanı 40-dan çox nəqliyyat vasitəsinin sürücüsü cərimələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə bu gün rayonda keçirilən reyd zamanı əsasən sənədləri qaydasında olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddinin aşma, ötmə , manevretmə, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin hərəkət hissələrində yerləşdirilməsi kimi qayda pozuntusuna rast gəlinib. Reyd zamanı qayda pozduğuna görə polis tərəfindən saxlanılan sürücülərin bəziləri məsuliyyətdən yayınmaq üçün bunu bilərəkdən eləmədiklərini deyiblər. Maşında etdikləri dəyişikliklərə görə saxlanılan sürücülər bəziləri isə bunu nəqliyyat vasitəsinə yaraşıq vermək üçün etdiklərini bildiriblər.

Buna baxmayaraq reyd zamanı ümumilikdə 40-dan artıq sürücüyə cərimə protokolu tərtib olunub. Yol polisindən bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR