Salyanda evdə yanğın olub

Salyanda evdə yanğın olub
# 08 fevral 2016 14:56 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Bəydilli kənində Gülməmmədov Şamo Böyükağa oğluna məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 126 kvadratmetr olan yaşayış evinin 80 kvadratmetri yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə xidmətinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR