Komitə rəsmisi: "Hesablama Palatasının aşkarladıqları xırda kargüzarlıq nöqsanlarıdır"

Komitə rəsmisi: "Hesablama Palatasının aşkarladıqları xırda kargüzarlıq nöqsanlarıdır"
# 02 mart 2016 09:23 (UTC +04:00)

Bakı - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Hesablama Palatası tərəfindən komitənin fəaliyyətində nöqsanların aşkarlanmasına münasibət bildirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "APA-Economics"ə bildirib ki, sözügedən yoxlamalar 1 il bundan qabaq aparılıb: "Qanunvericiliyə uyğun olaraq audit yoxlaması həyata keçirilib. Yoxlama zamanı kargüzarlıq zamanı buraxılan xırda nöqsanlar müəyyən olunub. Təbii ki, bu nöqsanlar bizə akt şəklində təqdim olunub və onlar aradan qaldırılıb. Sözsüz ki, nöqsanlara yol verən əməkdaşlarımıza komitə sədri tərəfindən xəbərdarlıq olunub".

Xatırladaq ki, Hesablama Palatasının bu gün yaydığı məlumatda qeyd edilib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR