Sergey Lavrov: "Rusiya "Normandiya dördlüyü"nün görüşündən razıdır"

Sergey Lavrov: "Rusiya "Normandiya dördlüyü"nün görüşündən razıdır"
# 05 oktyabr 2015 12:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Oktyabrın 2-də Parisdə keçirilən "Normandiya dördlüyü"nün (Rusiya, Almaniya, Fransa və Ukrayna) görüşü Minsk razılaşmasının həyata keçirilməsinə dair anlaşılmazlıqları aradan götürdü”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov laoslu həmkarı Txonqlun Sisulitlə keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, Rusiya "Normandiya dördlüyü"nün görüşünün nəticəsindən razıdır.


“Biz baş tutan danışıqlardan razıyıq. Əminim ki, kimsə öz jurnalistlərinə nəsə desə belə, bu görüş bütün iştirakçılar üçün Minsk razılaşmasının həyata keçirilməsinə dair anlaşılmazlıqları aradan qaldırdı”, - deyə S. Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR