Azərbaycan limanlarında gəminin zəbt və məhv edilməsi, insanların öldürülməsi zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri müəyyənləşdirilib

Azərbaycan limanlarında gəminin zəbt və məhv edilməsi, insanların öldürülməsi zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri müəyyənləşdirilib
# 07 oktyabr 2015 04:46 (UTC +04:00)

APA-nın məlumatına görə, qanunsuz müdaxilə aktlarına limanın və limanın infrastruktur obyektlərinin, gəminin zəbt edilməsi və yaxud zorla, hədə-qorxu yolu ilə ona nəzarətin həyata keçirilməsi, gəminin bortundakı şəxslərə qarşı həmin gəminin təhlükəsiz üzməsini təhdid edə bilən zorakılıq aktının törədilməsi, gəminin məhv edilməsi, yaxud gəminin təhlükəsiz üzməsini təhdid edə bilən hərəkətin törədilməsi (gəmiyə və ya onun yükünə zərər vurarsa), limanda və limanın infrastruktur obyektlərində, gəminin bortunda hər hansı bir üsulla onu məhv edə bilən qurğunun, yaxud maddənin yerləşdirilməsi və ya yerləşdirilməsinə cəhd edilməsi, gəminin təhlükəsiz üzməsini təhdid edən, yaxud ona təhlükə yarada bilən hərəkətin törədilməsi (gəmiyə və ya onun yükünə zərər vurarsa), dəniz naviqasiya avadanlığının məhv edilməsi, yaxud ona ciddi zərər vurulması və ya onun istismarına ciddi maneə yaradılması, yalan məlumatlar verilməklə, gəminin təhlükəsiz üzməsinə və limanın və limanın infrastruktur obyektlərinin fəaliyyətinə təhlükənin yaradılması, istənilən şəxsə xəsarət yetirilməsi, onun girov götürülməsi və ya öldürülməsi aiddir.

Bu Qayda Azərbaycan ərazisində yerləşən limanlara və limanların infrastruktur obyektlərinə və liman sərhədləri daxilində olan Azərbaycan Respublikasının Dövlət bayrağı altında və ya xarici dövlətlərin bayrağı altında üzən gəmilərə şamil edilir.

Limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı baş verdikdə və ya onun törədilməsi təhlükəsi yarandıqda, liman idarəsi bu barədə dərhal Dövlət Dəniz Administrasiyasına (Administrasiya) məlumat verir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan gəmilərdə baş verdikdə və ya həmin gəmilərdə onun törədilməsi təhlükəsi yaranarsa, gəmi kapitanı əmniyyətli rabitə sistemindən istifadə etməklə, bu barədə Administrasiyanı və liman idarəsini dərhal məlumatlandırır. Administrasiya limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə daxil olmuş məlumatı dərhal aidiyyəti hüquq - mühafizə orqanlarına, liman kapitanına və gəmilərin istismarçılarına ötürür və həmin məlumatın məxfi saxlanılmasını təmin edir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan gəmilərdə baş verdikdə, Administrasiya bu barədə Beynəlxalq Dəniz Təşkilatına məlumat verir. Qanunsuz müdaxilə aktı limanın sərhədləri daxilində olan xarici gəmilərdə və (və ya) bortunda xarici dövlətin vətəndaşları olan gəmidə baş verdikdə və ya həmin gəmilərdə onun törədilməsi təhlükəsi yarandıqda və yaxud qanunsuz müdaxilə aktına məruz qalmış limanda xarici gəmi və ya xarici ölkə vətəndaşı olduqda və yaxud qanunsuz müdaxilə aktı xarici ölkə vətəndaşı tərəfindən törədildikdə, Administrasiya həmçinin gəminin bayraq dövlətinin, gəmidə vətəndaşı olan, o cümlədən gəmidə vətəndaşı həlak olmuş, girov götürülmüş və ya xəsarət almış hər bir dövlətin, eləcə də qanunsuz müdaxilə aktını törətmiş şəxsin mənsub olduğu dövlətin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına məlumat verir. Liman idarəsi qanunsuz müdaxilə aktı və ya onun törədilməsi təhlükəsi barədə Administrasiya ilə yanaşı limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında göstərilən digər subyektləri, ilk növbədə isə limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxsləri və limanda olan gəmilərin kapitanlarını məlumatlandırır.

Limanda və limanın infrastruktur obyektlərində, habelə limanın sərhədləri daxilində olan gəmilərdə qanunsuz müdaxilə aktının vaxtında aşkarlanması və qarşısının alınması məqsədi ilə liman idarəsi tərəfindən limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə məsul şəxslər müəyyən edilir, limanın və limanın infrastruktur obyektlərinin qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsinin təmin edilməsi məqsədi ilə təhlükələrin, mühafizə üzrə mövcud imkanların, hazırlığın və gəmi və liman vasitələrinin mühafizəsinə dair Beynəlxalq Məcəllədə nəzərdə tutulmuş minimum tədbirlərin səviyyəsinin müəyyən edilməsi üçün limanın və limanın infrastruktur obyektlərinin mühafizəsinin qiymətləndirilməsi həyata keçirilir, limanın və limanın infrastruktur obyektlərinin, gəmilərin, insanların, yüklərin, yükdaşıma vasitələrinin və gəmi ehtiyatlarının liman daxilində qanunsuz müdaxilə aktlarına qarşı mühafizəsini təmin etmək üçün tədbirlərdən ibarət limanın və limanın infrastruktur obyektlərinin mühafizə planı tətbiq edilir, limanda qanunsuz müdaxilə aktlarının vaxtında aşkarlanmasını və qarşısının alınmasını təmin edən mühafizə məqsədli mühəndis-texniki qurğuların, habelə limanın və limanın infrastruktur obyektlərinin mühafizə planında nəzərdə tutulmuş tədbirlərin məcmusundan ibarət mühafizə sistemi tətbiq edilir və limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi səviyyəsi yoxlanılır.

Administrasiya, aidiyyəti hüquq - mühafizə orqanları, habelə liman idarəsi tərəfindən təhlükə riski yüksək olduqda, limanın və limanın infrastruktur obyektlərinin, limanda olan gəmilərin mühafizəsinin gücləndirilməsi, o cümlədən limanın perimetri və ona bitişik ərazilərdə, liman kanallarında, gəminin lövbər dayanacaqlarında, həmçinin limanın və limanın infrastruktur obyektlərində patrul xidmətinin aparılmasının təşkili, qanunsuz müdaxilə aktı baş verdikdə və yaxud onun törədilmə təhlükəsi olduqda, limanın ərazisində və limanın infrastruktur obyektlərinin qarşısında kənar nəqliyyat vasitələrinin durması və dayanmasının qadağan edilməsi, habelə məhdud girişli zonaya buraxılışın məhdudlaşdırılması, mühafizə planında nəzərdə tutulmuş digər tədbirlər həyata keçirilir. Limanlarda qanunsuz müdaxilə aktları (terror əleyhinə əməliyyatlar istisna olmaqla) baş verdikdə, onların əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əmrinə əsasən xarakterindən asılı olaraq müvəqqəti əsaslarla (qanunsuz müdaxilə aktlarına qarşı aparılan əməliyyatın həyata keçirildiyi müddətə) qanunsuz müdaxilə aktlarına qarşı əməliyyatları idarəetmə üzrə Administrasiyanın, limanın məsul şəxslərindən, hərbi və hüquq - mühafizə orqanlarının nümayəndələrindən ibarət qərargah yaradılır və həmin qərargaha rəhbər təyin olunur. İdarəetmə üzrə qərargahın həyata keçirdiyi tədbirlər sırasına limanın ərazisində və akvatoriyasında zorla, hədə-qorxu yolu ilə ələ keçirilmiş gəminin sərnişinlərinin və heyət üzvlərinin təhlükəsizliyinin təmin olunması və xilas edilməsi, limanda və limanın infrastruktur obyektlərində qanunsuz müdaxilə aktı törətmiş, limanın sərhədləri daxilində olan gəmini zorla, hədə-qorxu yolu ilə ələ keçirmiş və ələ keçirməyə cəhd edən şəxslərin zərərsizləşdirilməsi, təhlükəyə məruz qalmış gəmi (gəmilər) barədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, digər gəmilərin, gəmi heyətinin və liman hidrotexniki qurğularının təhlükəsizliyinin təmin edilməsi üçün addımların atılması, limanda təhlükəyə məruz qalmış gəminin (gəmilərin) digər gəmilərdən, limandan və limanın infrastruktur obyektlərindən mümkün qədər uzaqda qalması üçün müvafiq göstərişlərin verilməsi, riskləri qiymətləndirməklə və mövcud imkanlardan istifadə etməklə, təhlükəyə məruz qalmış gəminin (gəmilərin) təyin edilmiş və ya təcrid edilmiş lövbər dayanacağına yönəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi daxildir. Limanlarda terror aktı baş verdikdə, terror əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədi ilə xarakterindən asılı olaraq müvəqqəti əsaslarla (terror əməlinə qarşı aparılan əməliyyatların həyata keçirildiyi müddətə) terror əleyhinə əməliyyatları idarəetmə üzrə qərargah yaradılır və həmin qərargaha rəhbər təyin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR