Gələn ilin büdcəsinə Vergilər Nazirliyinin xətti ilə 7,2 mlrd. manat daxilolma proqnozlaşdırılır

Gələn ilin büdcəsinə Vergilər Nazirliyinin xətti ilə 7,2 mlrd. manat daxilolma proqnozlaşdırılır
# 29 sentyabr 2016 10:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 210 mln. manat daxilolma proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Qeyd edilən rəqəm cari ilin proqnozu ilə müqayisədə 200 mln. manat və yaxud 2,9%, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 mln. manat və ya 1,3% çoxdur.

Gələn il həmin məbləğin 5 mlrd. 455 mln. manatı və yaxud 75,7%-i qeyri-neft sektorunun, 1 mlrd. 755 mln. manatı və yaxud 24,3%-i isə neft sektorunun payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR